©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.

Aqillərin  inamına  görə - AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Aqillərin  inamına  görə:

  qərənfili  dəmləyib,  hər  gün 
üç  dəfə,  yeməkdən  əvvəl  içmək  yaddaşı,  hafizəni  möhkəm-
ləndirir. 

Aqillərin inamına görə:

 oxlovla döyülən uşağın ömrü 
qısa olar. 

Aqillərin  inamına  görə:

  əzilmiş  xəstələrə  10-15  gün 
axşamlar  çiy  kartofu  əzib  əzilən  yerin  üstünə  təpitmə  qoy-
maq məsləhətdir. 

Aqillərin  inamına  görə:

  ilan  olan  evə  bədnəzər 
toxunmaz. O evdə bərəkət çox olar. 

Aqillərin  inamına  görə:

  sarımsağı  həyətdə  əkmək 
məsləhət  deyil.  O  evin  ailə  üzvləri  arasında  dedi-qodu,  in-
ciklik,  umu-küsü  olar.  Ailədə  hamı  bir-biri  ilə  acı  danışar. 
Sarımsağı həyətdən bir qədər kənarda əkmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

 mədə qıcqırması olan adam-
lara, 10 gün gündə 3 dəfə, yeməkdən əvvəl turşəng, quzuqu-
lağı və ya təzə kələm yemək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  təngnəfəs olan adamlara 15-
20 gün balqabaq xəşili yemək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  qız  gəlin  köçəndə,  dilinin 
altına  noğul  qoyurlar  ki,  o,  getdiyi  ailə  və  həyat  yoldaşı  ilə 
dolansın. 

Aqillərin inamına görə:

 böyrəyində daş olan xəstələrə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
130 
bir limonla iki dəstə şüyüdü əvvəl ət çəkən maşından keçirib, 
süzdükdən sonra iki həftə, hər gün yeməkdən əvvəl üç dəfə, 
bir xörək qaşığı şirəsini içmək məsləhətdir. 

Aqillərin inamına görə:

 moruq (böyürtkən) çox dərdin 
dərmanıdır;  gözün  görmə  qabiliyyətini  artırır,  babasil  xəs-
təliyinin  sağalmasına  kömək  edir;  böyürtkən  kökünü  dəm-
ləyib içmək öd kisəsində, böyrəklərdə olan daşın tökülməsinə 
kömək edir, saçların ağarmasının qarşısını alır, yemək zamanı 
həzmi asanlaşdırır, insanlarda xoş əhvali-ruhiyyə yaradır. 

Aqillərin inamına görə:

 ağzında yara olan və diş ağrı-
sından əziyyət çəkən xəstələrə hər gün, yeməkdən əvvəl ağ-
zını sarımsaq şirəsi ilə üç dəfə qarqara etmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  hər  kəs  uşaqlıqdan  başla-
yaraq  yenicə  sağılan  süddən  axşam-səhər  bir  fincan  içsə, 
ömrü  uzun,  dişləri  sağlam,  sifəti  şəffaf,  əhvali-ruhiyyəsi 
yaxşı, özü gümrah olar. 

Aqillərin inamına görə:

 bərk soyuqlayan, qançır olan, 
göyöskürəyə  tutulan,  sinəsində  güclü  bəlğəm  olan  xəstələrə 
10-15 gün  təzəcə açmış nar çiçəyini dəmləyib  bal ilə qarış-
dırıb, hər gün yeməkdən qabaq bir fincan içmək məsləhətdir. 

Aqillərin inamına görə:

 təngnəfəs olan xəstələrə badam 
yağmı bal, süsən kökü, mum və gülab ilə qarışdıraraq dəmləyib 
içirtmək  məsləhətdir.  Bu  cür  müalicəni  20-25  gün  ardıcıl 
davam etdirmək, xəstəliyin aradan qalxmasına kömək edir. 

Aqillərin  inamına  görə:

  boğazı  gələn  adamlara  tut 
ağacının  yarpağını  dəmləyib,  bir  həftə,  hər  gün  yeməkdən 
əvvəl qarqara etmək məsləhətdir və  yarpağın özünü isə isti-
isti tənzifə (cunaya) büküb boğazına bağlamalı. 

Aqillərin inamına görə:

 dişin əti şişərsə, ağız nahiyə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
131 
sində  yara  olarsa,  bir  neçə  gün  yabanı  yarpız  şirəsi  ilə  ağzı 
qarqara  etmək  məsləhətdir.  Yarpızı  yuyub,  hər  gün 
yeməkdən əvvəl çeynəyib udmaq da xeyirlidir. 

Aqillərin  inamına  görə:

  şəkər  xəstəliyindən  əziyyət 
çəkən  adamlara  balqabağı  (boranını)  ətçəkən  maşından  ke-
çirib  şirəsini  gündə  üç  dəfə,  yeməkdən  əvvəl  yarım  fincan 
içmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  qan  təzyiqi  yuxarı  olan 
adamlara şəkər çuğundurunu ətçəkən maşından keçirib sonra 
süzüb  ona  bir  çay  qaşığı  bal  qatıb  gündə  3  dəfə,  yeməkdən 
əvvəl bir fincan içmək məsləhətdir. Bu cür türkəçarə müalicə 
qan təzyiqini aşağı salır. 

Aqillərin  inamına  görə:

 gecə pis  yuxu görən kəs  yu-
xusunu sübh  tezdən suyun axarına  tutub  söyləsə, su pis  yu-
xunu yuyub aparar, pis söz, pis göz yuxu görənin ailəsindən 
uzaq olar. Əgər, o, yaxşı yuxu görübsə, yenə də sübh tezdən 
axar  su  üstünə  gedib,  yuxusunu  söyləsə,  yuxu  görənə  və 
onun ailəsinə xoşbəxtlik üz verər. 

Aqillərin  inamına  görə:

  yuxunu axşamüstü,  şər qarı-
şanda, gecə danışmazlar. Danışılsa, yuxu danışan şərə düşər, 
xeyir tapmaz. 

Aqillərin inamına görə:

 ürəyində niyyət tutub yola çı-
xan kəs  yatmamışdan və səhər tezdən qızılgül ilə bənövşəni 
dəmləyib içsə, niyyəti baş tutar. 

Aqillərin  inamına  görə:

 kim Novruzda il təhvil olar-
kən  ürəyində  niyyət  edib  xan  çinarın  dibində  otursa,  əlini 
onun  gövdəsinə  sürtüb  üzünə,  gözünə,  sinəsinə  vurarsa, 
niyyətini çinara söyləsə, niyyəti baş tutar, darda qalmaz. 

Aqillərin  inamına  görə:

  Novruzda  doğulan  uşağın, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
132 
ərə gedən qızın dodağına səməni şirəsi çəkib, ürəyində niy-
yət tutsan, niyyətin qəbul olunar. 

Aqillərin inamına görə:

 səmənini hara gəldi atmazlar, 
ocaqda  yandırmazlar.  Əks  halda  onu  yandıran,  bayıra  atan 
adamı  il  boyu  xeyir,  bərəkət  tapmaz.  Səmənini  pak  su  olan 
yerə yaxın qoyar və ya axar suya atarlar. Belə olarsa, həmin 
adamın evindən bərəkət əksilməz. 

Aqillərin  inamına  görə:

 qayınana ilk dəfə erkək bala 
doğmuş  düyə  bulamasını,  Novruzda  niyyət  edib  hamilə 
gəlininə,  qızına  yedizdirsə  oğlu,  dişi  bala  doğan  düyə  bula-
ması verərsə qızı olar. Belə uşaqlar inama görə ayağı sayalı 
olar, ailəyə xoşbəxtlik gətirər. 

Aqillərin  inamına  görə:

  ailə  başçısı,  ağbirçək  nənə-
ana  həftədə  bir  dəfə  evdə  üzərlik  yandırıb  ev-eşiyi,  paltar-
palazı,  ailə  üzvlərini  üzərlik  tüstüsünə  verərsə,  pis  söz,  pis 
göz, bədnəzər o ailədən iraq olar, evin bərəkəti artar. 

Aqillərin  inamına  görə:

  ərə  gedən  qızı  süpürgə  ilə 
vurmaq olmaz, o qızın bəxti bağlanar. Beləsinin bəxtini aç-
maq  üçün  onu  mütləq  üzərlik  suyunda  çimizdirmək,  üzər-
liyin  kökü  qaynadılmış  sudan  üç  çay  qaşığı  sağ,  üç  çay 
qaşığı sol çiyninə, üç çay qaşığı isə başına töküb, qalan su ilə 
isə əl-üzünü yumaq lazımdır. Bu zaman aşağıdakıları demək 
lazımdır: – Ay Allah! Sən mənim bəxtimi, uğurumu açıq et. 
Azar-bezarı  məndən  uzaq  elə.  Haqq  yolunda  nəzir-niyaz 
verəcəyəm, yetim-yesir, kasıbı sevindirəcəyəm. 

Aqillərin  inamına  görə:

  oynaq  ağrılarından,  duzlaş-
madan əziyyət çəkən xəstələrə 15-20 gün yüz bir zeytun yar-
pağını ilıq su ilə  yuyub bir litr suda dəmləmək: onu yemək-
dən  əvvəl  və  sonra  içmək  məsləhətdir.  Qalan  dəmləməni 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
133 
atmamaq, onu yenidən qızdırıb içmək olar. Bu qəbil müalicə 
yaxşı  nəticə  verir,  ağrılar  yox  olur,  duzlaşma  əriyir,  əhvali-
ruhiyyə yaxşılaşır. 

Aqillərin inamına görə:

 kim Novruzun son çərşənbə-
sində il təhvil olarkən aydınlıq gecədə axar sudan su götürüb 
onu  müqəddəs  –  təmiz  bir  yerdə  səhərəcən  saxlayıb  gün 
çıxanda,  səhər  yelinin  əsdiyi  vaxt  əkin-səpin,  bağ-bağçaya, 
evinin  doqqazına  çiləyərsə,  o  ili  həmin  ailənin  bəxti  uğurlu 
olar. Bağ-bağçasının barı çox, əkin-səpini məhsulu, taxılı bol 
və bərəkətli olar. 

Aqillərin  inamına  görə:

  Qurban  bayramı  günü  kim 
niyyət  edib  kəsilən  qurbanlığın  ətinin  suyundan  bir  fincan 
(dolça)  içsə,  gələn  Qurban  bayramına  qədər  niyyəti  uğurlu 
olar, Allah tərəfindən qəbul olunar. 

Aqillərin  inamına  görə:

  kim  Novruzun  son  çərşən-
bəsində gün çıxandan, ta o biri gün çıxana qədər ürəyində niy-
yət tutub yatmazsa, il təhvil olarkən axar sudan gətirilən sudan 
içib, əl-üzünü yuyarsa, ürəyində tutduğu niyyət qəbul olunar. 

Aqillərin  inamına  görə:

  kim,  Novruzda  ilin  təhvilində 
əlində dolçada axar sudan gətirilən pak su ilə bayıra çıxıb, gör-
düyü  ilk  ulduza: –  "Ey  fələyin baxan gözü! Sən  mənim arzu-
istəyimi,  niyyətimi  uğurlu  elə,"  –  deyərsə  səhər  gün  çıxana 
kimi  yatmayıb,  dan  açılanacan  ulduz  cilvələnib,  pardaqlanıb 
ziyasını gur göstərərsə, həmin adamın niyyəti qəbul olunar. 

Aqillərin  inamına  görə:

  kim  Novruzda  anadan  olan 
oğlan uşağı il təhvil verilərkən axar pak sudan gətirilmiş su ilə 
yalquzaq  ağzının  qıyası  və  diş  sümüyünün  ilıq  suyunda 
çimizdirilərsə,  o  uşağın  gözü  iti,  özü  sağlam,  qüvvətli,  uzun 
ömürlü,  bəxti  uğurlu  olar.  Getdiyi  uğurdan  yarıyan,  sözü 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
134 
keçən olar. Savadlı, elmli olar. Ahıllığında yaşadığı el-obanın 
aqil müdriyi olar. Hamı onun məsləhət-məşvərəti ilə razılaşar. 

Aqillərin  inamına  görə:

  Novruzda  il  təhvil  olarkən, 
ilk dəfə hamilə olan gəlin axar sudan gətirilmiş bir cam pak 
suyu  götürüb  əkin-səpinə,  bağ-bağçaya  çıxsa,  əl-üzünü  yu-
yub saçına vursa, başına daraq çəksə, pak suyu niyyət tutub 
çiləsə, niyyəti baş tutar, əkin-səpin bol, bağ-bağça barlı olar. 
Gəlinin ilk niyyəti də qəbul olunar, arzu-istəyinə çatar. 

Aqillərin  inamına  görə:

  kim  Novruzda  il  təhvil  olu-
nanda, axar sudan bir cam pak su götürüb yurd salacağı, yeni 
tikəcəyi  evin  yerində  həmin  anda  –  saat  on  iki  radələrində 
bel  sancıb  ev  yerinə  pak  su  çiləsə,  bir  ovuc  taxıl  (buğda, 
arpa,  qarğıdalı,  duyü,  darı)  səpsə  və  ürəyində  niyyət  tutsa, 
niyyəti  qəbul  olunar,  tikdiyi  ev  uğurlu  olar.  Ö  evdə  həmişə 
əmin-amanlıq olar. 

Aqillərin inamına görə:

 Novruzda il təhvil olunarkən 
dünyasını dəyişən adam ən xoşbəxt adam sayılır. O adamdan 
sorğu-sual olmur. Belə adamlar cənnətlik olur. 

Aqillərin inamına görə:

 kim Novruzda il təhvil olan-
da, pak sudan bir qab götürüb saat on iki radələrində göyər-
dilmiş  səmənini  əkin-səpin  yerində  basdırsa,  üzərinə  su 
çiləyib,  pak  suda  əl-üzünü  yuyarsa,  o  adamın  ömrü  uzun, 
əkin-səpini bərəkətli, sağlam, gümrah olar. 

Aqillərin  inamına  görə:

 kim il təhvil olanda axar su, 
bu-laq  başında  oturub  əlində  səməni,  yanında  yandırılmış 
şam,  göy  xallı  atını  görüb,  salamlaşsa,  o  adam  ölməzləşər. 
Sifəti  nurlu  olar.  Kimə  xeyir-dua  versə,  arzu-istəyi  uğurlu 
olar. Belə adamın alqışı-alqış, qarğışı-qarğış olar. 

Aqillərin  inamına  görə:

  bədnəzər  pis,  xəbis,  qara-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
135 
niyyətli adam il təhvil olarkən, qonşusunun əkin-səpin, bağ-
bağçasından bir ovuc torpaq götürüb, ocaqda qovurub əkin-
səpin, bağ-bağçaya səpərsə, o yer barsız-bəhrəsiz, bərəkətsiz 
olar. Belə hallarda aqillərin inamına görə: həmin bağ-bağça, 
əkin səpin sahibi sonrakı ildə, il təhvil olanda, axar sudan bir 
cam  su  götürüb  bağ-bağçaya,  əkin-səpin  yerinə  çiləsə,  şər 
adamın  pis  niyyəti  gözündə  qalar.  Torpaq,  bağ-bağça 
sahibinin bərəkəti, barı artıq olar. 

Aqillərin inamına görə:

 hansı evin qarşısında öz-özü-
nə  dağdağan,  saqqız,  xan  çinar,  əncir,  qarağac,  nar,  alma 
ağacı bitərsə, o ev ocaq sayılar. O ailəyə bədnəzər, dəyməz, 
o ev bərəkətli olar. 

Aqillərin inamına görə:

 kim dağdağan, saqqız, əncir, 
xan  çinar  ağaclarını  kəsib  ocağında  yandırsa,  o  ailənin  öv-
ladları xoşbəxt olmaz, xəstə olar, uğuru üzünə gülməz, ailə-
dən  tez-tez  ölü  çıxar.  Başı  yasdan  açılmaz.  Evdə  bərəkət 
olmaz, borc-xərcdən başı açılmaz. 

Aqillərin inamına görə:

 kimin uğuruna yalquzaq (boz 
qurd)  çıxarsa,  ona  salam  verib  uğur  diləsə,  o  şəxsin  çıxdığı 
uğur uğurlu olar. İstək-arzusu, niyyəti baş tutar. 

Aqillərin  inamına  görə:

 kim uzun ömürlü ağac əkər-
sə, o nəslin övladlarının da ömrü uzun olar. 

Aqillərin  inamına  görə:

  kim  ocaq  ağaclara  axşam-
səhər baş əyib, salam versə, uğuru xeyir tapar. 

Aqillərin  inamına  görə:

  kim  dağdağan,  qarağac,  sö-
yüd, xan çinar, zoğal, tut, nar, göyrüş (vən), cökə, alma, ar-
mud,  şam  ağaclarının  kölgəsində  yatsa,  yuxusu  şirin  olar. 
Kim  əncir,  cəviz  (qoz),  fındıq  ağaclarının  kölgəsində  yatsa, 
yuxudan qalxanda başı ağrıyar, özünü yaxşı hiss etməz. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
136 

Aqillərin  inamına  görə:

  hansı  heyvanın  boynuna, 
buynuzuna  yalquzaq  dişi  asılarsa,  o  heyvana  göz  dəyməz, 
südü çox və yağlı olar. Buynuzunda, boynunda yalquzaq dişi 
asılan inəyə, qoyuna, keçiyə, camışa, ata qurd toxunmaz. 

Aqillərin  inamına  görə:

  hansı  evin  qapısının  astana-
sında, doqqazında, qoyun sürüsünün, qoyun yatağının ağzın-
da qoç buynuzu qoyularsa o ailəyə, onun sürüsünə, mal-qa-
rasına bədnəzər toxunmaz. Sürüsünün, mal-qarasının damaz-
lığı artar, pis gözdən, pis sözdən iraq olar. 

Aqillərin inamına görə:

 Novruzun axır çərşənbəsində 
kim  niyyət  edib  başına  üç  dəfə  duz  dolandırıb  yanar  ocaq 
üstə  səpsə,  o  adamın  niyyəti  yerinə  yetər,  ona  göz  dəyməz, 
pis söz, pis gözdən uzaq olar. 

Aqillərin inamına  görə:

 Novruzun son çərşənbəsində 
il  təhvil  olarkən,  anadan  olan  uşağın  anası-nənəsi,  atası-ba-
bası (ancaq bu adları çəkilən adamlardan biri) onun qulağına 
nə  pıçıldasa,  Allahın  adını  çağırıb  nə  niyyət-arzu  diləsə,  o 
uşağa arzu edilən niyyət başa çatar, uğurlu olar. 

Aqillərin inamına görə:

 dəvətikanının kök, zoğ, çiçək 
qarışığı  dəmləməsi  sətəlcəmin,  qançırın,  bəlğəmin,  soyuq-
dəymənin ən yaxşı müalicə üsuludur. Bu xəstəlikdən əziyyət 
çəkənlərə 10-15 gün, hər dəfə yeməkdən əvvəl, gündə üç də-
fə  bir  fincan  dəvətikanını  dəmləyib  içmək  məsləhətdir.  Də-
vətikanını  kölgədə  qurudub  ilboyu  da  istifadə  etmək  olar 
(müalicə əhəmiyyətini itirmir); 

Aqillərin  inamına  görə:

  şəkər  xəstəliyindən  əziyyət 
çəkənlərə  palıd  qozasını  yığıb  möhkəm  qurutduqdan  sonra, 
onu əl kirkirəsində çəkib, narın tozunu 20-25 gün, gündə üç 
dəfə yeməkdən əvvəl bir çay qaşığı qəbul etmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
137 

Aqillərin  inamına  görə:

  əməköməci  çiçəyinin  dəmlə-
məsi bir çox xəstəliklərin dərmanıdır. Bərk soyuqlayan, qançır, 
sətəlcəm, qanlı bəlğəm, nəfəs  yollarının bəzi şişlərinin, mədə-
bağırsaq,  qurd,  qaraciyər  şişinin,  öd  kisəsi  ağrılarının 
müalicəsinə çox kömək edir. Əməköməci çiçəyini qurudub, il 
boyu  da  istifadə  etmək  olar.  Əməköməci  dəmləməsini  15-20 
gün, hər gün yeməkdən əvvəl üç dəfə qəbul etmək məsləhətdir. 

Aqillərin inamına görə:

 şəkər çuğundurunun kökünü, 
yarpağını bişirib yemək, həm soyuqdəyməyə, qanlı bəlğəmə, 
həm  də  kəskin  dalaq,  böyrək  ağrılarını  müalicə  üçün 
əhəmiyyətlidir.  

Aqillərin  inamına  görə:

  yerkökü  bir  çox  dərdin  dər-
manıdır. O, mədəni möhkəmlədir, sinə ağrısını azaldır, göy, 
quru  öskürəyin  müalicəsini  asanlaşdırır,  böyrək  ağrılarına 
kömək  edir.  Yerkökünün  mürəbbəsi  əhvalsız,  bədgüman 
adamların  əhvali-ruhiyyəsini  qaldırır,  tərəfləri  aktivləşdirir, 
bədənin  zəifliyinin  qarşısını  alır.  Mədə,  qaraciyər  xəstəli-
yinin müalicəsinə də yaxşı təsir edir. 

Aqillərin  inamına  görə:

  sinəsindən  qanlı  bəlğəm  gə-
lən,  qançır  olan,  bərk  soyuq  dəyən,  quru,  göyöskürəkdən 
əziyyət çəkən xəstələrə yemişin (qovunun) kökünü dəmləyib 
hər  gün  yeməkdən  əvvəl  15-20  gün  bir  fincan  içmək 
məsləhətdir. 

Aqillərin  inamına  görə:

  nanə  çox  dərdə  dərmandır. 
Hıçqırığa  tutulan,  mədə  xəstəliyindən  tez-tez  öyüyən,  ürək 
bulantısından  əziyyət  çəkən  xəstələrə  10-15  gün,  hər  gün 
yeməkdən  əvvəl,  nanəni  dəmləyib  bir  fincan  içmək  məs-
ləhətdir. 

Aqillərin  inamına  görə:

 vərəm xəstəliyinə, quru, göy-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
138 
öskürüyə,  bütün  soyuqdəymə  xəstəliklərinə  tutulanlar,  nov-
ruzgülünün həm çiçəyindən, həm də kökündən dəmləyib, 20-
25  gün,  gündə  yeməkdən  əvvəl  üç  dəfə  içmək  məsləhətdir. 
Onu yığıb kölgədə qurudub saxladıqda öz effektini itirmir. 

Aqillərin inamına görə:

 itdirsəyi çıxaran adama 10-15 
gün, gündə 3 dəfə  yeməkdən əvvəl göy sarımsaq (və  ya diş 
sarımsaq) yemək məsləhətdir. Müalicəsi olduqca effektlidir. 

Aqillərin  inamına  görə:

  bədənin  müxtəlif  yerlərində 
(boyun, qol, qıç, bel) kəskin ağrıları olanda çöl yemişinin qa-
zıb  qabığını  soyduqdan  sonra  ət  çəkən  maşında  çəkib,  yu-
murta ağı ilə qarışdırıb ağrıyan yerə yaxmaq məsləhətdir. Bu 
yaxma ağrıyan yerdə 15-20 dəqiqə saxlanılır. Müalicə effekti 
olduqca güclüdür. 

Aqillərin  inamına  görə:

  qoz  ağacmı  niyyətlə  əkmək 
məsləhət deyil. Elat inamına görə: əkilən qoz ağacının göv-
dəsi  onu  əkənin  boynu  yoğunluğunda  olanda,  həmin  ağacı 
əkən adam ölməlidir. 

Aqillərin  inamına  görə:

  diş  dibi  şişərsə,  diş  lax-
layarsa,  15-20  gün,  gündə  yeməkdən  əvvəl  üç  dəfə  qırmızı 
turpu ağızda suyu artırana qədər çeynəmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  mədə-bağırsaq,  ishal,  qanlı 
bəlğəm,  vərəm,  tez-tez  başı  ağrıyan  xəstələr  15-20  gün  hər 
gün  yeməkdən  əvvəl  bir  fincan  ətirşah  çiçəyi  və  yarpağını 
dəmləyib içmək məsləhətdir. Ətirşahdan ilboyu istifadə etmək 
üçün onun yarpağı və çiçəyini kölgədə qurudub, təmiz tənzif 
cunada saxlamaq lazımdır. Müalicə əhəmiyyəti güclüdür. 

Aqillərin  inamına  görə:

  şəkər  xəstəliyindən  əziyyət 
çəkənlərə 20-25 gün buğdanı həll qaynadıb, həlimini (suyu-
nu) hər gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
139 

Aqillərin  inamına  görə:

  alma,  qızılgül,  yasəmən,  şa-
mama,  yemiş-qovun,  ətirşahı  təzə-tər  ikən  iyləmək,  baş-be-
yini fəaliyyətə gətirir, hafizəni bərpa edir. 

Aqillərin inamına görə:

 kəskin, şiddətli başağrısından 
əziyyət  çəkənlərə  başını  kəklikotu  buğuna  vermək 
məsləhətdir. 

Aqillərin inamına görə:

 ağzında qızıl dişi olanın ürəyi 
ağrımaz, yuxuda onu qara basmaz. 

Aqillərin inamına görə:

 böyrək ağrılarından, yel xəs-
təliyindən, qan  azlığından,  iştahasızlıqdan əziyyət çəkənlərə 
qarağatın  özünü  yemək,  yarpağını  dəmləyib  gündə  üç  dəfə, 
20-25 gün yeməkdən əvvəl bir fincan içmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  bağırsaqlarında  qurd  olan 
adamlara,  yatarqarına  və  səhər  tezdən  acqarına  qabaq  (bo-
ranı) çiyidi (tumu) yemək məsləhətdir. 

Aqillərin inamına görə:

 həddən artıq piylənən adam-
lara  arıqlamaq  üçün  25-30  gün  axşam-səhər  yarım  litrlik 
qatığın tünd sarımsaqlı atlamasını içmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  yeni  anadan  olan,  qırxı  çıx-
mamış  çağanı  yad  adam  yoluxarsa,  o  çağa  gözə,  nəzərə 
gələr. Çağa nəzərə gəldiyi üçün ya şikəst olar, ya da ölər. Pis 
gözə, nəzərə gəlməmək üçün ya ana, ya nənə və ya da evə ən 
mərhəm  olan  qadın,  uşağı  evdən  bayıra  çıxarıb  ürəyində 
desin:  "Ey rəbbim! Sən bu tifili pis gözdən, pis sözdən hifz 
eylə. Ona pis baxanın gözünə iynə-bıçaq batır. Nəs deyənin 
dilini lal, qulağını kar, əzizlərini kor eylə!" 

Aqillərin inamına görə:

 ürəyində niyyət tutan il təhvil 
olanda,  axar  su  üstündən  hoppanarsa,  niyyəti  uğurlu  olar, 
arzu-istəyinə çatar. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Nübar Həkimova

 ___________________________________

 

 
 
 
140 

Aqillərin  inamına  görə:

  kim  il  təhvil  olarkən  qapı 
dibində oturarsa, uğuru xeyir tapmaz. 

Aqillərin inamına görə:

 il təhvil olarkən qarğış qarğa-
mazlar.  Qarğış  adamı  tutar.  Niyyəti  gözündə  qalar.  Alqış 
etsə arzu-istəyinə çatar, uğuru xeyir tapar. 

Aqillərin  inamına  görə:

  təndir  yaparkən  təndirin  ya-
nında  duran  oğlan  uşağı  yapılan  təndirə  baxarsa,  təndir 
çörəyi küt gedər. 

Aqillərin  inamına  görə:

  uşağı  olmayan  ər-arvad  su 
çərşənbəsi axşamı içində ilan qabığı olan qızdırılmış suda çi-
mərlərsə, övladları olar. 

Aqillərin  inamına  görə:

  şər  qarışanda  evdən  un,  çö-
rək, taxıl, pul verən, evin bərəkətini verər. Süd-qatıq, pendir, 
üz,  qaymaq  verənin  damazlığı  kəsilər,  ailə  ağartıya  həsrət 
qalar. 

Aqillərin inamına görə:

 hər gün bir dolça yemişan ye-
yən adamın qan təzyiqi aşağı düşər, qırmızı yemişan yeyənin 
təzyiqi yuxarı qalxar. 

Aqillərin  inamına  görə:

  təngnəfəs-astma,  sinə  ağrısı, 
bəlğəm,  ağızda  xora  səpgiləri  olanlara,  əzab  çəkənlərə  30 
gün hər gün yeməkdən əvvəl üç dəfə bir fincan reyhan şirəsi 
qəbul etmək məsləhətdir. 

Aqillərin  inamına  görə:

  vərəm,  soyuqdəymə,  təng-
nəfəs xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün, dəvədabanı 
dəmləyib  gündə  yeməkdən  əvvəl  üç  dəfə,  bir  fincan  içmək 
məsləhətdir. 

Aqillərin inamına görə:

 ağciyər, mədə-bağırsaq xəstə-
liyindən əziyyət çəkənlərə 15-20 gün ətirşah dəmləyib gündə 
yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

__________________________________ Nübar Həkimova 


 
 
141 
?


azrbaycan-t-a-r--x----192.html

azrbaycan-t-a-r--x----197.html

azrbaycan-t-a-r--x----200.html

azrbaycan-t-a-r--x----205.html

azrbaycan-t-a-r--x----21.html