1 2 3 4 5 6 7 8 9 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə2/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

6

İsmayıl  Şıxlı  tənqidçiləri qruplara 

ayırır, bu qruplarda olan tənqidçiləri bir – 

birindən fərqləndirir. O, üç qrup tənqidçi-

lərdən bəhs edir. Əlbəttə, o, tənqidçiləri 

üç qrupa ayıran zaman ədəbi mühitdəki, 

ədəbi prosesdəki vəziyyəti nəzərə alır, 

real və obyektiv münasibət bildirir. İs-

mayıl  Şıxlıya görə birinci qrup “... tən-

qidçilərimizin bir qismi həyatda baş ve-

rən ictimai – siyasi prosesləri izləyir, yazı-

çı ilə bərabər yanır,  ədəbi prosesə qayna-

yıb – qarışaraq, onun qüsurlarına qəzəb-

lənir, müvəffəqiyyətlərinə sevinir, müsbət 

cəhətlərin inkişaf və istiqamətləndirilmə-

sinə çalışır. Bu cür tənqid yüksək nəzəri 

səviyyədə olmaqla bərabər vətəndaşlıq 

ehtirası ilə daha da zənginləşir”

1

. Bu cür 

tənqidçilər – birinci qrup tənqidçilər kifa-

yət qədər elmi – nəzəri hazırlığı olan tən-

qidçilərdir. Onlar müntəzəm olaraq ədəbi 

prosesi izləyir,  ədəbi proseslə  nəfəs alır, 

ədəbi prosesdəki uğurları  və qüsurları 

vaxtlı – vaxtında təqdim edir, bununla da 

ədəbiyyata xidmət edirlər.  Ədəbiyyatın 

və  ədəbi prosesin bu cür tənqidə  hər za-

man ehtiyacı var. Ona görə ki, bu cür 

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.344 

      –         – 

7

tənqid təkcə  tənqidin nəzəri səviyyəsinin 

yüksək olması ilə işini qurtarmır, həm də 

ədəbiyyatı yüksək bədii – estetik tələblər 

səviyyəsində görmək istəyir. Yazıçının 

uğurlarına yazıçının özü qədər sevinir, 

ona görə  də yazıçıya geniş yollar açır, 

xüsusilə  də, gənc  ədibləri ruhlandırır, 

yaradıcılığın  ən yüksək zirvəsinə doğru 

yüksəlməsi üçün müsbət enerji ilə  təmin 

olunmasına imkan yaradır.  İstedadlara 

qol – qanad verir, eyni zamanda ədəbi 

mühitdə obyektiv, qərəzsiz münasibətlə-

rin yaranmasını gücləndirir. 

İsmayıl  Şıxlıya görə, “İkinci qrup tən-

qidçilər isə adi seyrçilərdirlər. Onları 

ədəbi prosesdəki problemlərdən daha çox 

meydana gələn  əsərlərin miqdarı maraq-

landırır. Bu cür tənqidçilər hesablayıcı 

maşın kimi hər  şeyi qeyd edir, bütün 

yazıçılar, bütün əsərlər haqqında eyni 

soyuqqanlıqla, eyni qəliblərlə, standart və 

şablon ifadələrlə soyuq mühakimələr söy-

ləyirlər. Bu cür tənqidin nə müəllifə, nə 

də  ədəbi prosesə xeyri var”

1

. Doğrudan 

da bütün zamanlarda bu cür tənqid olub 

və olacaqdır.  Əslində bu cür tənqid tən-

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.344-345

 


      –         – 

8

qiddən daha çox ədəbiyyat və ədəbi  mü-

hit barədə informasiya söyləyəndir. Bu 

informasiyanı  təqdim edən tənqidçinin 

fikir və mülahizəsi təhlildən, analizdən, 

süjetlərin, obrazların obyektiv mühakimə-

sindən çox – çox uzaq olur. Ədəbi prosesə 

bu cür biganəlik  ədəbi proses barədə 

donuq bir təsəvvür yaradır. Yeri gəlmiş-

kən qeyd edək ki, Azərbaycan  ədəbiyya-

tının son iyirmi ildəki vəziyyəti həm də 

ədəbi tənqidin ona olan bu cür münasibə-

ti ilə bağlıdır. Belə ki, ədəbi proses və 

ədəbi nümunələr barədə yalnız və yalnız 

informasiya vermək, dərin təhlil və ana-

lizdən uzaq dayanmaq ədəbi prosesdəki 

donuqluğu nümayiş etdirir. Halbuki 

bütövlükdə  ədəbi proses donuq, durğun 

ola bilməz.  Ədəbi proses barədə donuq, 

durğun vəziyyəti yaradan amillərdən biri 

də tənqidlə bağlıdır. 

İsmayıl  Şıxlıya görə, “... üçüncü qrup 

tənqidçilər də var ki, bunları ədəbi proses 

və  bədii yaradıcılığın ümdə  məsələləri 

yox, yazıçının avtoriteti maraqlandırır. Bu 

cür tənqidçilər yalnız  ədəbi avtoritetlərə 

xidmət etməyə  cəhd göstərir və bu ədəbi 

avtoritetlərin ən zəif əsərlərini belə şedevr 

kimi qiymətləndirirlər. Bunun da nəticə-

      –         – 

9

sində yalançı  təriflər və yaltaq tənqidlər 

yaranır. Beləliklə  də saxta etalonlar, to-

xunulmaz “müqəddəslər” meydana çı-

xır”

1 . Üçüncü qrupdan olan tənqidçilər 

ədəbi prosesin bütün mərhələlərində 

mövcud olub, indi də mövcuddur. Doğ-

rudan da, bu qrup tənqidçilər yazıçının 

avtoritetini  əsas götürərək onun yazdığı 

əsəri tənqidin obyektinə çevirir. Bəzən 

belə  məqamlarda tənqidçi avtoritetin 

əsərinin lap aşağı  səviyyədə olmasından 

asılı olmayaraq hörmət, izzət sahibinə 

çevrilir, tənqidçi avtoritet müəlliflər hesa-

bına nüfuz qazanır. Avtoritet hesab olu-

nan müəllifin  əsəri zəif olsa da, avtorite-

tin kölgəsində  tənqidçi yaşayır, fəaliyyət 

göstərir.  Əlbəttə, “yalançı  təriflər və 

yaltaq tənqidlər” belə yaranır. Nəticədə 

ədəbi proses barədə qeyri – obyektiv mü-

nasibət meydan alır, “saxta etalonlar”, 

toxunulmaz “müqəddəslər” meydana çı-

xır”


2

.  İsmayıl  Şıxlı “saxta etalonlar”, to-

xunulmaz “müqəddəslər” meydana çıxır” 

deməklə “Bu cür meylin obyektiv zərəri 

nədir?” sualına cavab axtarır. Axtardığı 

cavab nəsrimizdəki,  şeirimizdəki vəziy-

                                                 

1

 Ədəbi tənqidimizin vəziyyəti haqqında. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.345 

2

 Yenə orada. s.345 



:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nhcl-bla-mam-li-leyhis.html

--normativnaya-chast.html

--nzirlr--tzminlr--10.html

--nzirlr--tzminlr--4.html

--nzirlr--tzminlr--9.html