1 2 3 4 5 6 7 8 9 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə5/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

22 


görə oxucuya heç nə vermir, hər şey səthi, 

hər şey ötəri təsvir edilir”

1

.  İsmayıl Şıxlı hadisələrə ikinci münasi-

bəti hər  şeyi  şübhə altına almaq, hər  şeyi 

inkar etməklə bağlayır. O yazır: “İkinci 

münasibət hər  şeyi inkar etməkdən iba-

rətdir. Bu cür anlayışa malik olan yazı-

çılar (xoşbəxtlikdən belələri azdır və heç 

zaman ədəbi və ictimai fikrə təsir göstərə 

bilmir) aqnostizm silahını özlərinə qalxan 

edərək müasir həyatımızda baş verən 

bütün hadisələrə  şübhə ilə yanaşırlar”

2

Bütün dövrlərdə belələri olub və indi də 

vardır. Odur ki, İsmayıl  Şıxlının bu 

münasibəti bütün zamanlar üçün özünü 

doğruldur. 

İsmayıl Şıxlı bədii ədəbiyyatda hadisə-

lərə üçüncü münasibəti – analitik müna-

sibəti  ən doğru, düzgün münasibət sayır. 

O, analitik münasibətlə bağlı  nəyi nəzər-

də tutduğunu aydın bir məntiqlə bildirir: 

“Analitik münasibət deyərkən nəyi nəzər-

də tuturam? Məlum bir həqiqətdir ki, 

yazıçı  hər  şeydən  əvvəl vətəndaş olmalı-

dır. Həm də ehtiraslı, öz torpağına, öz 

ölkəsinə bağlı olan, onun taleyi ilə daim 

                                                 

1

 Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.322 

2

 Yenə orada. s.322 

      –         – 

23

maraqlanan, daim narahatlıq keçirən, 

daim düşünən, daim çətinliklərdən çıxış 

yolu axtaran, qüsurlara qarşı amansız bir 

ehtirasla çarpışan, öz estetik amalı  uğ-

runda vuruşarkən özünü belə unudan 

fədakar bir vətəndaş olmalıdır. Yazıçı 

həyatımızın inkişafına kömək etməlidir”

1

.  Bu baxımdan o, Azərbaycan sovet nəsrinə 

nəzər salır və  nəsrimizdə hadisələrə 

analitik münasibətin qabarıq  şəkildə 

özünü göstərdiyini qeyd edir. Azərbay-

can sovet nəsrində nasirlərin bir çoxunun 

əsərlərində hadisələrin siyasi, psixoloji 

təhlilinin verildiyi, hadisələrin xarakteri 

və yaranma səbəblərinin düzgün müəy-

yənləşdirildiyi açıqlanır.  İsmayıl  Şıxlı 

fikrini  əsaslandırmaq üçün İsa Hüsey-

novun “Yanar ürək” romanından, “Tütək 

səsi”, “Saz”, “Kollu Koxa”, “Quru budaq”, 

“Şəppəli” kimi povestlərindən spesifik 

süjet xəttini təhlilə  cəlb edir, onun nəsri-

mizdə xeyli irəliləyişlər yaratdığını nailiy-

yət kimi qiymətləndirir. Eyni zamanda 

Fərman Kərimzadənin “Qarlı  aşırım” 

əsərini Azərbaycan nəsrinin nailiyyətləri 

hesab edir. İsmayıl  Şıxlının fikrincə, 

                                                 

1

 Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980, s.322-323 

      –         – 

24 


Fərman Kərimzadənin romanı (“Qarlı 

aşırım”) “... ehtiraslar və mürəkkəb xa-

rakterlər romanıdır. Bu əsərdə Abbasqu-

lubəy Şadlinski, Kərbəlayı İsmayıl, Qəmlo, 

Talıbov kimi bir – birinə  bənzəməyən 

müxtəlif xarakterli, müxtəlif ehtiraslı 

surətlər yaradılmışdır. “Qarlı  aşırım”ın 

üstün bir cəhəti də odur ki, buradakı 

surətlər hər cür sxematizm və  şablondan 

uzaqdırlar. Müəllif çox ustalıqla ictimai 

səciyyə daşıyan hadisələri, ictimai xarak-

terləri milli xüsusiyyətlə bağlamışdır”

1

.  İsmayıl Şıxlı “Qarlı aşırım” əsərindəki 

sinfi təbiətcə bir – birindən fərqlənən 

obrazlardakı milli cəhətləri elə  dəqiq 

nəzərə alır ki, bununla milli xüsusiyyət-

lərin bütün məqamlarını aydın görmək 

olur. Bundan başqa, “Qarlı aşırım” roma-

nının bədii dəyərini artıran cəhətlərdən 

birinin milli koloritə malik olmasıdır. Bu 

barədə  İsmayıl  Şıxlı yazır: “Romanın 

bədii dəyərini artıran bədii cəhətlərindən 

biri təkrarolunmaz dərəcədə milli koloritə 

malik olmasıdır. Buradakı insanlar 

təpədən dırnağa qədər milli insanlardır. 

Kərbəlayı İsmayıl ən ağır dəqiqədə, Arazı 

                                                 

1

 Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980,  s.326 

      –         – 

25

keçmək istərkən hamilə  gəlini apara 

bilməyəcəyini dərk edir və onu mərda-

nəlik və kişiliyinə arxayın olduğu düşmə-

ninə etibar edir. Qapısına gələn düşməni 

geri qaytarmamaq kimi cəngavərlik milli 

xüsusiyyətlə birləşdikdə  nəhəng ehtiras 

yaranır, düşmənin də  əzəmiliyinə valeh 

olursan. Bax budur Fərmanın  əsərinin 

bədii siqlətini artıran cəhət!”

1

  İsmayıl  Şıxlı “Qarlı  aşırım” romanı 

əsasında bir məsələyə də aydınlıq gətirir. 

Belə ki, müəllifin  əsərinin qəhrəmanı  və 

onu qəhrəman kimi təsdiq edən keyfiy-

yətlər. Bu məsələdə  İsmayıl  Şıxlı çox 

dəqiq və konkret şəkildə öz fikrini belə 

ifadə edir: “Onun (Fərman Kərimza-

dənin–B.X.) üstün bir cəhəti də budur ki, 

qəhrəmanı var. Mən bunu ona görə qeyd 

edirəm ki, bəzən romanın qəhrəmansız 

janra çevriləcəyi fikrinə  təsadüf edirik. 

Mən isə  qəhrəmansız romanı  təsəv-

vürümdə canlandıra bilmirəm. Nəinki 

baş  qəhrəmansız roman ola bilməz, heç 

qəhrəmansız nasir də ola bilməz. Bədbəxt 

o nasirdir ki, kitablarının sayı çoxdur, 

ancaq yadda qalan qəhrəmanı yoxdur!”

2

                                                   

1

 Ədəbiyyatda müasirlik. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., 

Yazıçı, 1980,  . s.326 

2

 Yenə orada. s.326-327 



:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--88.html

--nbyev--e---moslemzadeh--92.html

--nbyev--e---moslemzadeh--97.html

--nbyev--e--n--dostiyari-2.html

--ndekler---platin.html