1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə21/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

96 


İsmayıl  Şıxlı xarici ölkələr  ədəbiyya-

tının tədqiqatçısı  və bu sahənin görkəmli 

pedaqoqu kimi Bayronun dünya ədəbiy-

yatında oynadığı rol və xidmətlər barədə 

ürəkdolusu təhlillər aparır və orijinal 

fikirlər söyləyirdi: “Bəşərin dərdini çəkən, 

dünya kədərini özünə yük edib, demok-

ratiya və azadlıq uğrunda yorulmadan 

vuruşan, “üsyankar bir qayıq kimi fırtı-

nalar qoynunda asudəlik axtaran”, “dü-

şüncələr sultanı” Bayronun xatirəsini mü-

tərəqqi bəşəriyyət heç zaman unutmamış 

və unuda bilməz. Ona görə ki, bütün 

ziddiyyətlərinə baxmayaraq, Bayron öz 

qəlbini xalqların yolunu işıqlandırmaq 

üçün bir məşəl kimi yandırmışdır!”

1

                                                    

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.256 

      –         – 

97

 

 

 

Yazıçı və  

zaman 

problemi 

 

İsmayıl  Şıxlı Azərbaycan nəsrinin 

sovet dövründə tutduğu mövqeyə, oyna-

dığı rola, toxunduğu problemlərə müna-

sibət bildirir, ən səciyyəvi məqamları oxu-

cuların və  ədəbi ictimaiyyətin diqqətinə 

çatdırırdı. O, “nəsr və zaman” məsələsinə 

konkret dəlillər  əsasında aydınlıq gətirir, 

maraqlı mühakimələr irəli sürür. Ən 

yaxşı  ədəbi nümunələrimizi, sovet dövrü 

Azərbaycan  ədəbiyyatının təşəkkülündə, 

inkişafında xidmətləri olan yazıçıların 

adlarını xüsusi olaraq qeyd edir, onların 

ədəbiyyatımızın İttifaq miqyasında tanın-

masında mühüm işlər gördüklərindən 

ürəkdolusu danışırdı. İsmayıl Şıxlı müsa-

hibələrinin birində deyirdi: “Ən yaxşı 

ədəbi nümunələrimiz bir çox dillərə  tər-

cümə olunmuş  və  rəğbət qazanmışdır. 

      –         – 

98 


Burada yaşlı  nəslin, sovet dövrü ədəbiy-

yatımızın təşəkkülü və inkişafında böyük 

xidmətləri olan ağsaqqal yazıçılarımızın 

adlarını xüsusi qeyd etmək lazımdır. 

M.S.Ordubadi, Mehdi Hüseyn, Mirzə 

İbrahimov, Süleyman Rəhimov,  Əbülhə-

sən, Mir Cəlal,  Əli Vəliyev və başqaları 

nəsrimizin bir sıra problemlərinin həllin-

də, xalq həyatının mürəkkəb, ziddiyyətli 

və mühüm bir dövrünün bədii salnamə-

sinin yaradılmasında,  ədəbiyyatımızın 

İttifaq miqyasına çıxarılmasında ciddi iş 

görmüşlər.  

Mən hələ yaradıcılıqları,  əsasən, inqi-

labdan  əvvəlki illərə  təsadüf edən qoca-

man  ədiblərimizin – C.Məmmədquluza-

dənin,  Ə.Haqverdiyevin, Y.V.Çəmənzə-

minlinin sovet dövründə yazdıqları  əsər-

ləri demirəm”

1

. İsmayıl Şıxlını 70-ci illərin 

nəsri (XX əsrin) maraqlandırır, bu dövrün 

ədəbiyatının özünəməxsusluğu, qəhrə-

manlarının ümumi əhval-ruhiyyəsi ma-

raqlandırır. Müsahibələrinin birində de-

yir: “Ədəbiyyatımız yenə  də inkişaf edir, 

yeni bədii  əsərlər yaranır, ancaq onların 

Ümumittifaq miqyasına çıxarılmasında az 

iş görürük. Əvvəllər yaxşı  ənənə var idi, 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s. 312 

      –         – 

99

layiqli  əsərləri mətbuat səhifələrində 

müzakirə edir, başqa dillərə  tərcüməsinə 

çalışırdıq. Nədənsə, indi tərcümə  işi bir 

növ özbaşına  şəkil alıb. Bir də görürsən, 

İttifaq oxucularına ədəbiyyatımızın səciy-

yəvi olmayan nümunələri çatdırılır. Buna 

görə də özümüzü yaxşı tanıda bilmirik”

1

.  Ədəbiyyat tariximizə əbədi həkk olun-

muş  əsərlər sırasında 70-ci illərin nəsri 

layiqli yerlərdən birini tutur. “Dəli Kür”, 

“Pərvanə”, “Dünya Qopur”, “Səhər”, “Şa-

mo”, “Saçlı” və s. əsərlər monumentallığı, 

bədii möhtəşəmliyi, sanbalı ilə seçilir. An-

caq bu nəsr nümunələrini bəşəriyyətin, 

dünya nəsrinin incilərinə çevirmək üçün 

xeyli işlər görmək lazımdır. Hər  şeydən 

əvvəl, özümüz belə  nəsr nümunələrini 

öyrənməliyik, eləcə  də dünya ədəbiyya-

tının yaxşı nümunələrini öyrəndikdən 

sonra onunla müqayisə etməliyik. Bütün 

bunlardan sonra nəsrimizin özəlliklərini 

təqdim etməliyik.  

İsmayıl  Şıxlı tarixi roman janrına mü-

raciətin bəzi məqamlarına aydınlıq 

gətirir, bu meylin səbəblərini açıqlayır. O, 

yazıçının tarixə müraciət etməsinin sə-

bəblərini izah edərkən onun (yazıçının) 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s. 313 



      –         – 

100 


öz dövrünün idealları mövqeyindən çıxış 

etməsini və bu zaman tarixin bir vasitə 

rolunu oynadığını qeyd edir. Məhz tarix-

dən yazmağın asan olmadığını, bunun 

üçün yazıçının zəhmətkeşliyinin və iste-

dadının önəm daşıdığını  nəzərə çatdırır. 

Bu mənada  İsmayıl  Şıxlının fikirlərinə 

istinad edək: “Əvvəla aydınlaşdırmaq la-

zımdır ki, yazıçı tarixə  nəyə görə müra-

ciət edir? Mənim fikrimcə, bunun iki 

səbəbi var: birinci, yazıçı müasir həyatda 

mövzu tapa bilmir, ikincisi, bu günü daha 

yaxşı görmək, dərk etmək üçün tarixə  əl 

atır; tarixdə bu günün kökünü axtarır, 

hansı özül üzərində dayandığımızı gös-

tərməyə çalışır”

1

. Daha sonra qeyd edir: 

“...  Əsl yazıçı hansı dövrə müraciət edir-

etsin, yaşadığı  cəmiyyətin, zəmanəsinin 

bədii-estetik və ictimai idealları mövqe-

yindən çıxış edir; tarix məqsəd olmur, va-

sitə olur. Düzdür, bu gündən yazmaq 

çətindir: həyat mürəkkəbdir, bir çox 

proseslər yanaşı inkişaf edir, hələ başa 

çatmayıb; belə axınlar içərisində başlıca 

olanı, səciyyəvi olanı seçə bilmək, döv-

rün, cəmiyyətin xarakterini duyub ümu-

miləşdirmək ağır işdir və böyük istedad 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s. 317 

      –         – 

101


tələb edir. Ancaq bu o demək deyildir ki, 

tarixdən yazmaq asandır, tarixdən yaz-

mağa az zəhmət, az istedad gərəkdir...”

1

 

İsmayıl  Şıxlı tarixi mövzulara müra-

ciət baxımından Fərman Kərimzadənin 

“Qarlı  aşırım” romanını yüksək qiymət-

ləndirirdi. Onun fikrincə, tənqidçilər belə 

bir romanı  hələ  də qiymətləndirə bilmir. 

İsmayıl  Şıxlı bu romanı  Fərman Kərim-

zadə yaradıcılığında xüsusi hadisə hesab 

edirdi. “Fərman Kərimzadənin qələmə 

aldığı mövzu sovet ədəbiyyatı üçün yeni 

deyildir; kollektivləşmə dövrünün kən-

dindən çox yazmışlar. Amma Fərman 

köhnə mövzuya təzə baxış guşəsindən, 

60-70-ci illərin yazıçısı gözü ilə, bu illərin 

ədəbi-bədii tələbləri mövqeyindən yanaş-

mış, özünəməxsus orijinal yol seçmiş, tə-

zə  və  təravətli obrazlar yarada bilmişdir. 

Onun hətta mənfi surətləri də mürəkkəb, 

hərtərəfli və ziddiyyətli insanlardır”

2

.  İsmayıl  Şıxlının fikrincə, yazıçının 

tərcümeyi-halı, topladığı  həyat materialı 

yaradıcılıqda mühüm rol oynayır. Bu 

mənada  İsmayıl  Şıxlı “Qarlı  aşırım” 

barədə deyəndə ki, bu əsərin “... əsas 

                                                 

1

 Nəsr və zaman. – İsmayıl Şıxlı. Daim axtarışda. B., Yazıçı, 1988, s. 317 

2

 Yenə orada. s. 318 




Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--42.html

--nbyev--e---moslemzadeh--47.html

--nbyev--e---moslemzadeh--51.html

--nbyev--e---moslemzadeh--56.html

--nbyev--e---moslemzadeh--60.html