1 ... 15 16 17 18 19 20 21 22 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə20/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

      –         – 

92 


qəhrəmanın halına tənqidi münasibət 

bəsləməsinə haqq qazandırır.  İsmayıl 

Şıxlı yazır: “Poemanın Venetsiyada yazı-

lan dördüncü nəğməsi isə  İtaliyadakı 

hadisələrlə bağlıdır. Bayron duyurdu ki, 

tezliklə azadlıq küləyi əsəcəkdir.  

Beləliklə, epik-lirik poema olan 

“Çayld Harold” əsərində Bayronun zə-

manəsi üçün səciyyəvi olan böyük mə-

sələlərə toxunduğunu görürük. “Çayld 

Harold”un qələbəsindən sonra Bayron 

“Şərq poemaları” adlı  məşhur  əsərini 

yazdı. 1813-1816-cı illər arasında yazılan 

həmin  əsərlər bunlardır: “Gavur”, “Abi-

dos gəlini”, “Korsar”, “Lara”, “Korinfin 

mühasirəsi”, “Parizina”

1

.  İsmayıl Şıxlı “Şərq poemaları”nın qəh-

rəmanlarını birləşdirən oxşar cəhətlər 

barədə yazır: “Onlar hər  şeydən  əvvəl, 

cəmiyyətin bütün qanunlarını inkar edən, 

cəmiyyətdən qovulmuş adamlardır. On-

lar üsyankardırlar. Fövqəladə taleyə, föv-

qəladə ehtirasa, sarsılmaz iradəyə, nakam 

məhəbbətə malik olan adamlardır. Mə-

sum tale onları  həmişə  təqib edir, onlar 

azdlıq axtarırlar. Lakin bu azadlığı du-

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.245 

      –         – 

93

manlı  şəkildə  təsəvvür edirlər. Bu qəhrə-

manlar həyatda öz yerlərini tapa bilmirlər. 

Onlar böyük işlər üçün yaranmış adam-

lardır, ancaq cəmiyyət onları alçaltmış və 

təhqir etmişdir. Onlara fəaliyyət göstər-

mək üçün imkan verməmişdir”

1

. “Şərq 

poemaları” Bayronun şöhrətini bütün 

dünyaya yayır,  o,  London  kübarlarının 

sevimlisinə çevrilir.  

İsmayıl  Şıxlı kübar mühitinin Bayron-

dan intiqam almasını incəliklərinə  qədər 

izah edir. 1815-ci ilin yanvar ayında Bay-

ronun Annabella adlı bir qızla evləndik-

dən onun tamamilə yanıldığını anladır. 

Annabellanın Bayronu təhlükəli bir adam 

kimi qələmə verdiyini, yenicə anadan ol-

muş  qızı Adanı da götürüb atası evinə 

getdiyini təhlil edir. Bayronun 1816-cı ildə 

Cenevrəyə  gəlməsi  Şelli ilə tanışlığı, bu 

tanışlığın möhkəm  ədəbi və  məslək dost-

luğuna çevrilməsi İsmayıl Şıxlı tərəfindən 

analiz olunur. Xüsusilə, fəlsəfi-dramatik 

“Manfred” poeması, “Qabil” dramı, “Don 

Juan” mənzum romanı təhlil olunur. Təh-

lillər elə  məqamları anlatmağa çalışır ki, 

həmin məqamlar hər bir kəsi düşündürür, 

                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980, s.245 

      –         – 

94 


hər bir kəsə  təsir edir. Məsələn, “dünya 

kədəri”ni doğru  şəkildə  əks etdirən “Qa-

bil” (1821) əsəri barədə İsmayıl Şıxlı yazır: 

“Bayron Qabilin simasında insanlar ara-

sında ilk dəfə göylərə üsyan edən bir 

adamı təsvir etmişdir. Adəm, Həvva, Ada, 

Sella, Habil və Qabildən ibarət olan ilk 

bəşər övladlarının ailəsində iki dünya-

baxışı hökm sürür. Onun biri mütilik, 

Allaha kor-koranə sitayiş edib qurban 

kəsmək və dua oxumaqdır.  İkincisi isə 

şübhə  və etirazdır. Qabildən başqa hamı 

mütidir, Allaha tabedir, ona dua oxuyur. 

Qabil isə Allahdan narazıdır. O, belə 

suallar verir: “Mən Allaha nə üçün dua 

etməliyəm? O mənə hansı yaxşılıqlar et-

mişdir? O bizi cənnətdən nə üçün qovdu? 

Nə üçün Allah insanları  əbədi həyatdan 

məhrum etmişdir? Nə üçün insanlar 

ölümə  məhkumdurlar? Ölüm nədir? Nə 

üçün bəşər nəsli yalnız bir adamın güna-

hına görə məşəqqətlərə düçar olub yerlər-

də sürünməli və axırda da ölməlidir? Bu 

qanunları kim ortaya atmışdır. Allahın 

yaratdığı bu kainatda ədalət varmı?” 

Qabili düşündürən və sarsıdan bunlardır. 

O təkcə  özünü yox, gələcəkdə yer üzün-

də yaşayacaq milyonlarla insan övladının 

      –         – 

95

taleyini düşünür. Demək, Qabilin kədəri 

adi,  şəxsi kədər deyil. Onun kədəri daha 

böyükdür. Bəşəri kədərdir, dünya kədər-

idir”

1 .  İsmayıl  Şıxlı davam edərək Qabil 

barədə yazır: “İş elə olur ki, ölümdən 

qorxan Qabil yer üzünə ilk ölümü gətirir. 

O, qardaşı Habili öldürür və buna görə də 

kainatın sonsuzluğuna sürgün edilir. Ada 

isə onu tək buraxmır. Ada Qabilin həm 

sevgilisi, həm də sirdaşıdır”

2

.  İsmayıl  Şıxlı Bayronun ömrünün so-

nunda Yunanıstana gəlməsi, orada vəfat 

etməsi (1824-cü il aprel ayının 19-da) 

barədə  də  şərhlər verir. Məsələn, Bayron 

ölüm ayağında demişdir: “Mən hər 

şeyimi – gözəl günlərimi, var-dövlətimi, 

səhhətimi belə Yunanıstana həsr etdim. 

Bundan artıq nə etmək olardı? İndi isə öz 

həyatımı da qurban verirəm”

3

.  Yunan vətənpərvərlərinin tələbi ilə 

Bayronun ürəyini Yunanıstanda, cənazə-

sini isə  İngiltərədə, Nyustedin yaxın-

lığındakı Hakk noll deyilən yerdə  dəfn 

etdilər


4

.  


                                                 

1

 Azadlığın üsyankar carçısı. – İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. 

B., Yazıçı, 1980,  s.251-252 

2

 Yenə orada. s.252 

3

 Yenə orada. s.255 

4

 Yenə orada. s.256 



:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--2.html

--nbyev--e---moslemzadeh--24.html

--nbyev--e---moslemzadeh--29.html

--nbyev--e---moslemzadeh--33.html

--nbyev--e---moslemzadeh--38.html