1 ... 13 14 15 16 17 18 19 20 ... 23

–         – - Microsoft Word ismayil shixli-edebi son variant doc

səhifə17/23
tarix04.11.2017
ölçüsü0.58 Mb.

:

pdf
pdf -> D01777c1s2y1998. pdf 22. 02. 2010 16: 47: 46 Page 132
pdf -> Microsoft Word 909mustafa cevik doc
pdf -> 1 Dr. Semih BÜYÜkkol 2
pdf -> 38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması

      –         – 

80 


lanan otları, kişnəşən atları öz gözləri ilə 

görür”


1

İsmayıl Şıxlı Mixail Şoloxovun yaradı-

cılıq sirrlərinin bəzi xüsusiyyətlərini açır 

və  həmin xüsusiyyətlərdən bəhs etməklə 

onun yazıçı özəlliklərini göstərir. Məsələn, 

o, Mixail Şoloxovun yaratdığı  qəhrəma-

nın tərcümeyi – halını bir xalqın tarixinə 

çevirməsini yüksək qiymətləndirir.  İsma-

yıl  Şıxlı yazır: “Mixail Şoloxovun yara-

dıcılıq sirrlərindən biri də öz qəhrəman-

larının tərcümeyi – halını bütöv bir xalqın, 

bəlkə də epoxanın tarixinə çevirə bilməsi-

dir. Onun ən böyük epopeyası olan “Sakit 

Don” əsəri məhz bu cür yazılmışdır”

2

.  İsmayıl Şıxlı “Sakit Don” əsərində ha-

disələr və onların cərəyan etmə fonunda 

oxucunun keçirdiyi hissləri, az qala hadi-

sələrin iştirakçısına çevrildiyini sənətka-

rın yaradıcılıq məharəti ilə  əlaqələndirir. 

Məsələn, “Hadisələr Don sahilindəki xu-

torların birində  cərəyan edir. Yazıçı bizi 

Panteley Melexovla, Qriqori və Petro ilə, 

Aksinya, Natalya, Stepanla tanış edir. 

Onlarla birlikdə  çəmənlikləri dolaşırıq, 

çiçəkləri qoxulayırıq, ot çalırıq, xırman 

                                                 

1

 Dahiyanə sadəlik. - İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.354 

2

 Yenə orada. s.354 

      –         – 

81

döyürük, bəzən höçətləşir, yabalaşırıq. 

Axşam isə qarmon çala – çala doqqaz-

larda toplaşırıq. Qriqorinin suvadaqda 

Aksinyaya söz atdığını görürük, sonra 

onlarla birlikdə küləkli, yağışlı havada 

balıq tutmağa gedirik, iliyimizə  qədər 

islanırıq, soyuqdan daldalanmaq üçün ot 

xotmasının altına girən Aksinyanın 

bədəninin hərarəti ilə Qrişanı isitdiyini və 

özünün də isindiyini gördükdə onların 

təmasdan məst olan bədən süstlüyünü öz 

damarlarımızda hiss edirik”

1

İsmayıl  Şıxlı qeyd edir ki, ailə, məişət 

məsələləri zəminində hadisələr zamanla 

çarpazlaşır. Bir insan bütöv bir xalqın 

taleyinə çevrilir, hadisələr bütöv bir 

xalqın taleyindən keçir və bunların fo-

nunda tarixin inikası görünür. Həmin 

tarix birinci dünya müharibəsinin ziddiy-

yətlərini əks etdirən tarixdir. Həmin tarix 

Oktyabr inqilabı  və  vətəndaş müharibəsi 

dövründəki çarpışmaları  əks etdirən 

tarixdir. Həmin tarix bütöv bir əsrin, 

epoxanın tarixidir. 

İsmayıl Şıxlı yazır: “Bir insan (Qriqori 

Melexov – B.X.) bütöv bir xalqın timsalına 

                                                 

1

 Dahiyanə sadəlik. - İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.355 

      –         – 

82 


çevrilir. Onun həyatı  əsrin tarixinin 

inikası olur. Bax, adamı heyran qoyan da 

sənətkarın bu məharətidir”

1

Ümumiyyətlə, yazıçı hansı xalqın, mil-

lətin  ədəbiyyatına xidmət göstərməsin-

dən asılı olmayaraq yazdıqlarının tə-

biətinə, ruhuna varmağı bacarmalıdır. Bu 

mənada İsmayıl Şıxlı bəhs etdiyi, haqqın-

da yazdığı rus yazıçılarının sənətkarlığını 

dərindən təhlil edir, sənətkarlığın  əsas 

xüsusiyyətlərini müəyyənləşdirir, yazıçı-

nın və əsərin təbiətinə, ruhuna varır. Mə-

sələn, o, Vladimir Alekseyeviç Solouxin 

barədə yazır: “Vladimir Alekseyeviç So-

louxin rus təbiətinə, rus kəndinin təbii 

gözəlliklərinə  məftun olan, onun hər bu-

cağını, meşələrini, çəmənliklərini, göl və 

çaylarını, ot və çiçəklərini, göbələklərini 

poetik bir vüsətlə  təsvir edən lirik bir 

sənətkardır”

2

İsmayıl Şıxlı həm Mixail Şoloxov, həm 

də Vladimir Alekseyeviç Solouxinin 

yaradıcılığı barədə fikir söyləyərkən onun 

hər ikisinin rus torpağına məftunluğunu, 

sevgi və  məhəbbətini, eyni zamanda 

                                                 

1

 Dahiyanə sadəlik. - İsmayıl Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və məqalələr. B., Yazıçı, 

1980, s.355 

2

 Vladimir Alekyeviç Solouxin. – İsmayıl  Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s. 361 

      –         – 

83

təbiət aşiqi olduqlarını  nəzərə alır. Ona 

görə də Mixail Şoloxovun yaradıcılığında 

olduğu kimi Vladimir Alekseyeviç So-

louxinin yaradıcılığında da bu xüsusiy-

yətləri nəzərə alaraq yazır: “O (Vladimir 

Solouxin – B.X.) istər  şeir və poemaların-

da, istərsə də nəsr əsərlərində lirik qəhrə-

manla birlikdə  cığırlarla, kəndarası tor-

paq yolları ilə, enişli – yoxuşlu dərələrlə, 

ağcaqayın meşələrinin içindən keçən, bə-

zən də onun kölgəsində mürgüləyən çay-

lar və göllərin sahili ilə pay – piyada dola-

şır, balıq tutur, gecələr ocaq qırağında 

oturub ovçularla birlikdə balıq  şorbası 

bişirir, söhbətlərə, nağıllara qulaq asır, 

dan qızaranda isə çantasını da götürüb 

yola düşür, üstünə  şeh çilənmiş otların, 

çiçəklərin  ətrini qoxulayır, meşənin 

dərinliklərinə gedib göbələk yığır”

1

.  Vladimir Solouxinin təbiət aşiqi oldu-

ğunu “Səhra yağışları”, “Ölü daş  əfsanə-

si”, “Ana şöhrəti” kimi lirik şeir və 

poemaları, “Vladimir yolları”, “Şeh dam-

laları” kimi nəsr  əsərləri təsdiq edir və 

bundan İsmayıl Şıxlı da söhbət açır

2

                                                 

1

 Vladimir Alekyeviç Solouxin. – İsmayıl  Şıxlı. Xatirəyə dönmüş illər. Xatirələr və 

məqalələr. B., Yazıçı, 1980, s.362 

2

 Yenə orada. s.362 




Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--nbyev--e---moslemzadeh--124.html

--nbyev--e---moslemzadeh--129.html

--nbyev--e---moslemzadeh--133.html

--nbyev--e---moslemzadeh--138.html

--nbyev--e---moslemzadeh--15.html