1 ... 79 80 81 82 83 84 85 86 87

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

səhifə86/87
tarix22.10.2017
ölçüsü16.72 Mb.

إِنَّ اللّهَ لاَ يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُواْ مَا بِأَنْفُسِهِمْ

» «Hər hansı bir tayfa öz canlarında olanı dəyişdirməyincə (yəni, öz gözəl xislətlərini çirkin xislətlərə çevirməyincə) Allah onlarda olanı dəyişdirmir.» Həmçinin Nəhl surəsinin 112-ci ayəsindədə buyurulur: «

وَضَرَبَ اللّهُ مَثَلاً قَرْيَةً كَانَتْ آمِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ اللّهِ فَأَذَاقَهَا اللّهُ لِبَاسَ الْجُوعِ وَالْخَوْفِ بِمَا كَانُواْ يَصْنَعُونَ

» «Allah bir kəndi misal gətirir. Onun əhalisi çətinliklərdən xatircəm və arxayın idi və hər tərəfdən onlara bol-bol ruzi gəlirdi. Amma onlar Allahın nemətlərinin şükrünü yerinə yetirmədilər. Allah da onlara aclıq və qorxu libası geydirərək onlara çətinlik və bəlanın dadını daddırdı və etdiklərinə görə onları hər cür çətinlik və aclığa düçar etdi».

2 İmam əleyhis-salamın kəlamından məqsəd budur ki, çox vaxt nemətin zavala uğramasına səbəb, insanların günah etmələridir, amma bu, həmişə və mütləq şəkildə belə deyil. Çünki Allah bəzən də bəzi bəndələrini sınayaraq imtahan etmək, yaxud kiçik günahlarının bağışlanması, yaxud da onların məqam və dərəcələrini yüksəltmək üçün neməti onlardan alır və rahatlıqlarını çətinliklərə düçar etməklə əvəz edir. Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 155-157-ci ayələrində buyurulur: «وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الْأَمَوَالِ وَالْأنْفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ أُولَـئِكَ عَلَيْهِمْ صَلَوَاتٌ مِّن رَّبِّهِمْ وَرَحْمَةٌ وَأُولَـئِكَ هُمُ الْمُهْتَدُونَ» «Biz sizi qorxu, aclıq, mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Bu imtahanda səbrli olanlara müjdə ver. O kəslərə ki, onlara qəm-qüssə üz tutan zaman deyərlər: Biz Allahınıq (Onun razılığı olan şeyə razıyıq) və Ona tərəf qayıdacağıq. Rəbblərindən onlara salam, rəhmət və mehribançılıq olsun ki, onlar doğru yolda olanlardır».

1 Çünki qərara gəlmək bir işi görmək istəməyin müqəddiməsi olan istəkdən ibarətdir və o, işin yerinə yetirilməsi barəsində tərəddüddə olan cismə məxsusdur və onun zərurətlərindəndir. Amma elmi zatının eyni olan Allah-təala barəsində qərara gəlməyin təsəvvür edilməsi düz deyil. Ona görə ki, O, tərəddüddə deyil.

1 Müaviyə tək-tək insanlara bir şey vermirdi. Ərəb qəbilələrinin ancaq başçılarına çoxlu bəxşiş verərək onları öz tərəfdarı edirdi və digər adamlar qohumluq təəssübü səbəbindən, yaxud qəbilə başçılarından aldıqları az bəxşişə görə, yaxud qəbilə adət-ən’ənələrinə görə, ya da Osmanın intiqamını almaq hiyləsinə aldandıqları üçün həmin başçılara tabe olurdular. Əmirəl-möminin əleyhis-salam isə həm başçılara, həm də onlara tabe olanlara bərabər miqdarda kömək edir, bəxşiş verirdi. Buna görə də başçılar o Həzrətdən elə də razı deyildilər. Tabe olanlar da onların yolu ilə gedirdilər.

1 Mənim işlərimdə həmişə riyakarlıq və ikiüzlülük edirsiniz. Nə itaət edərək tabe olmaqda qədəminiz sabitdir, nə də müxalifət etməkdə birüzlü və yekdil! Kaş ki, bir yol ilə gedəydiniz və məni bu dərd və kədərin çəkişməsindən xilas edəydiniz.

2 Mən doğru yol göstərmək və ona istiqamətləndirməyin şərtlərini yerinə yetirdim. İndi əgər kor görməsə və yatan oyanmasa, mənim günahım deyil.

3 Əmr ibn Asın anasının əhvalatı yetmiş üçüncü kəlamın şərhində bəyan edilib.
1 Xirrit ibn Raşidin və onun tərəfdarlarının Mə’qəl ibn Qeysin əli ilə öldürülməsi əhvalatı qırx dördüncü kəlamın şərhində deyildi.

2 Nauf İmam əleyhis-salamın xas və ən yaxın səhabələrindən olub. Yəmənin Sən’a şəhərinin qərb tərəfində Himyər adlı bir yer var və Bikal orada məskunlaşmış qəbilənin adıdır.

1 Lütf və kərəmi ilə bizim layiq olmayan şükrümüzü qəbul etsin. Onsuz da əslində bəndələrin Onun haqqını əda etmək və şükrünü yerinə yetirmək gücləri yoxdur.

2Çünki doğmaq, məhv olmaq və başqasını canişin etmək cismin xüsusiyyətlərindəndir.

3 Çünki artmaq və azalmaq dəyişməyə səbəb olur və dəyişmək hadis olmağı tələb edir. Hadis olmaq isə mümkün varlığın xüsusiyyətlərindəndir. Xülasə, Onu yaranmışlar kimi vəsf edə bilmərik, çünki Onda cismin və sonradan əmələ gələn xassələrin heç birinin heç bir sifəti yoxdur.

1 Cahiliyyət dövrünün bədəvi ərəbləri, səhv əqidələrinə əsaslanaraq külək, yağış, soyuq və isti kimi səma hadisələrini ulduzların düşməsinə nisbət verirdilər və onlarda ulduzları təsirli bilirdilər. Buna görə də İmam əleyhis-salam burada onların əqidələrinə işarə edib.

1 Əmaliqə İmliq ibn Lavəz ibn İrəm ibn Sam ibn Nuhun övladlarından ibarət bir dəstə olublar və onlar çox böyük bir dövlətlə Yəmən və Hicazda padşahlıq ediblər. Sonralar onların kökü kəsilib.

2 Rəss böyük bir quyunun adı idi ki, insanlar onun ətrafına toplaşaraq «şah ağac» dedikləri və Yafis ibn Nuhun əkdiyi küknar ağacına ibadət edirdilər. Allah onları məhv etdi.

1 Onun fikri həmişə ona yönəlib və ondan başqasına baxmır, necə ki, İmam əleyhis-salam bu kitabın sonunda buyurub: «

الْحِكْمَةُ ضآلَّةُ المُؤمِنِ

» «Hikmət möminin itiyidir ki, o, həmişə onu əldə etmək fikrindədir».

2 Xülasə, İslamı elə bir zəiflik bürüyər ki, o əldən düşərək yerindən qalxa bilməz. Bu cümlə Həzrət Peyğəmbərin bu buyuruğuna işarədir ki: «

بَدَءَ الْإِسْلامُ غَرِيباً و سَيَعُودُ غَرِيباً

» «İslam qərib və tək zühur etdi və tezliklə yenə də tək qalar.» Yəni, onun həqiqi davamçısı olmaz.

1 O, Əbu Umarə Xuzəymə ibn Sabit əl-Ənsaridir ki, Həzrət Peyğəmbər onun şahidliyini iki kişinin şahidliyinin yerinə qəbul edib. Həzrət Peyğəmbər bir ərəbdən at alıbmış və ərəb bunu inkar edirmiş. Həzrət buyurub: Ey Xuzəymə, şahidlik edirsən? Deyir: Xeyr, ey Allahın Peyğəmbəri, amma atı almağını bilirəm. Necə ola bilər ki, səni Allah tərəfindən gətirdiyin şeydə təsdiqləyim, amma bir ərəblə etdiyin alverdə təsdiqləməyim? Sonra o Həzrət buyurdu: Sənin şahidliyin iki kişinin şahidliyi kimidir.

1 Deyiblər ki: Bu xütbə Əmirəl-möminin əleyhis-salamın ayaq üstə buyurduğu son xütbədir.
1 Onun hökmləri qiyamətə kimi dəyişməyəcək, bəlkə hər bir məsələnin hökmü Həzrət Peyğəmbərin dövründə Qur’an və sünnədə bəyan olunan kimidir. Bu cümlə «Müxəttəə»dən olan doğru fikir sahiblərinin nəzərlərinin düzlüyünə bir dəlildir. Onlar deyirlər ki, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın hər bir məsələdə müəyyən və bəlli bir hökmü var. Onu elmi əsaslar çərçivəsində kəşf edərək üzə çıxaran müctəhid haqdır. Elmi çərçivədə həmin hökmü kəşf edərək üzə çıxarmaq istiqamətində çalışmış, amma həqiqi hökmü əldə etməmiş müctəhid isə səhvə düçar olub. Amma bununla belə bu işə görə ona heç bir zərər-ziyan dəyməz. «Müsəvvəbə»dən olan səhv düşüncə tərəfdarlarının nəzəri isə yuxarıda deyilənlərin əksinədir. Onlar deyirlər ki, Allahın hər bir məsələdə müctəhidlərin fərqli nəzərlərinə əsasən müxtəlif hökmləri vardır.

1 Allahın Peyğəmbərinin zamanında haram olan şey sizə və gələcək nəsillərə də haramdır və eləcə də vaciblər vacibdir. Çünki Məhəmmə-din (səlləllahu əleyhi və alih) şəriəti qiyamətə kimi davam edəcək və onun bir nəfər barəsindəki hökmü hamıya aiddir. Buna görə də hər bir məsələnin hökmü birinci günündə müəyyənləşdirildiyi, Kitab və sünnədə bəyan edildiyi kimidir və hökmlər heç bir kəs və zamanla bağlı olaraq dəyişdirilməzdir. Heç kəsin öz rəy və ictihadı ilə onu dəyişdirmək icazəsi yoxdur. Əgər kimsə belə bir iş görsə, dində bid’ət qoyub.

2 Gərək özünüzdən qabaqkıların yoluna qədəm qoyasınız, onların davranış üsulları ilə davranasınız, yoxsa özbaşına bir söz deyib başqa yol ilə getməyəsiniz.

3 Sizi ruzi əldə etməyin qəm-qüssəsindən nicat verir, necə ki, Zariyat surəsinin 22-23-cü ayələrində buyurulur:«وَفِي السَّمَاء رِزْقُكُمْ وَمَا تُوعَدُونَ فَوَرَبِّ السَّمَاء وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِّثْلَ مَا أَنَّكُمْ تَنطِقُونَ» «Sizin ruziniz və vəd olunduğunuz şey göydədir. Buna görə də göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi düz və həqiqətdir.» Yəni, sizin danışığınızda şəkk və tərəddüd olmadığı kimi, deyilənlərin də düz və doğru olmasında heç bir şəkk-şübhə yoxdur.

4 Necə ki, Qur’ani-Kərimin Bəqərə surəsinin 152-ci ayəsində buyurulur: «

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ

» «Məni yada salın ki, Mən də sizi yada salım. Mənim nemətlərimin şükrünü yerinə yetirin, nankorluq etməyin.»

5 Necə ki, Qur’ani-Kərimin Nisa surəsinin 131-ci ayəsində buyurulur: «

Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


--a-eto-kakvo-pishe-za.html

--a-l-l-a-n-k-a-r-d-e-k--.html

--aaa--kcllijjati-xxi-3.html

--abdinov--r--f--mehdiyev-11.html

--abdinov--r--f--mehdiyev-16.html